Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir E.İsmayılov/
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Neft Donanmasının və Fövqəladə Hallar Nazirliyinin gəmiləri və vertolyotları hadisə yerinə cəlb edilərək, Rusiya Federasiyasının bayrağı altında üzən və Mahaçqala limanında qeydiyyatda olan "Kayakənd" gəmisindəki yanğını söndürüblər və heyəti xilas ediblər. Bu barədə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının cümə günü yayılan məlumatında deyilir.
SOS siqnalı Bakı vaxtilə gecə saat 2 radələrində daxil olub.
Hal-hazırda gəmidəki yanğın tamamilə söndürülüb; heyət üzvlərindən 9 nəfər "Kür" gəmisinin, 6 nəfəri "Vixr-9" gəmisinin bortunda sahilə çıxarılmaqdadır. Qəzaya uğramış gəmi xilasetmə əməliyyatları başa çatdıqdan sonra, hadisənin səbəblərinin araşdırılması üçün yedəyə götürülərək Bakı limanına gətiriləcək.