...

Türkmənistanın kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2010 10:57 (UTC +04:00)
Esenmırat Orazgeldiyev "işində yol verdiyi nöqsanlara görə" Türkmənistanın kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib. Müvafiq fərmanı Türkmənistan Prezidenti Qurbanqulu Berdımuhammedov imzalayıb. Orazgeldiyev Milli Kənd Təsərrüfatı İnstitutunun rektoru təyin edilib.
Türkmənistanın kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib

Türkmənistan, Aşqabad, 18 mart / Trend , müxbir H.Həsənov/

Esenmırat Orazgeldiyev "işində yol verdiyi nöqsanlara görə" Türkmənistanın kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib. Müvafiq fərmanı Türkmənistan Prezidenti Qurbanqulu Berdımuhammedov imzalayıb. Orazgeldiyev Milli Kənd Təsərrüfatı İnstitutunun rektoru təyin edilib.

Kənd təsərrüfatı nazirinin səlahiyyətlərinin müvəqqəti icrası kənd təsərrüfatı nazirinin müavini Mıratqılıç Atayevə həvalə olunub.

Türkmənistanda pambıq, buğda, düyü, şəkər çuğunduru yetişdirilir.

Xəbər lenti

Xəbər lenti