...

Parisdə Gürcüstanın investisiya mühiti müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Mart 2010 13:58 (UTC +04:00)
Parisdə iqtisadi forum keçirilib. Forum çərçivəsində Gürcüstanın investisya mühiti müzakirə olunub. Forum hər il Fransa Senatının Yuxarı Palatasının və "Ubifrance" şirkətinin təşəbbüsü ilə keçirilir. Məqsəd dünyanın müxtəlif ölkələrində investisiya mühiti ilə tanışlıq və işgüzar dairələrə onları maraqlandıran informasiyanın təqdim olunmasıdır.

Gürcüstan, Tbilisi, 26 mart / Trend , müxbir N.Kirsxaliya/

Parisdə iqtisadi forum keçirilib. Forum çərçivəsində Gürcüstanın investisya mühiti müzakirə olunub. Forum hər il Fransa Senatının Yuxarı Palatasının və "Ubifrance" şirkətinin təşəbbüsü ilə keçirilir. Məqsəd dünyanın müxtəlif ölkələrində investisiya mühiti ilə tanışlıq və işgüzar dairələrə onları maraqlandıran informasiyanın təqdim olunmasıdır.

Gürcüstanın iqtisadi inkişaf naziri Georgi Karbelaşvili öz çıxışında son illər ölkədə aparılan islahatlar barədə məlumat verib. Onun sözlərinə görə, onlar artıq Gürcüstanda 10 yeni iqtisadi layihənin reallaşmağa başlaması barədə işgüzar təkliflər alıblar.

"Biz sovet kölgəsindən çıxmış ölkələrlə işgüzar münasibətlər qurmaq istəyirik. Forumda Fransa sahiblkarlarına Gürcüstan iqtisadiyyatının vəziyyətinə dair məlumat verilib. Biz də öz növbəmizdə müxtəlif ölkələrin biznes dairələrini yaxınlaşdırmağa çalışırıq", - "Ubifrance"ın Zaqafqaziyadakı nümayəndəsi Daniel Pata bildirib.

Xəbər lenti

Xəbər lenti