...

Gürcü deputatlar Rusiya ilə hava əlaqəsinin bərpası məsələsini müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Mart 2010 14:48 (UTC +04:00)
Gürcüstan Parlamentinin deputatları cümə günü Rusiya ilə birbaşa hava əlaqəsinin bərpasına dair müzakirələr aparıblar.
Gürcü deputatlar Rusiya ilə hava əlaqəsinin bərpası məsələsini müzakirə ediblər

Gürcüstan, Tbilisi, 26 mart / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan Parlamentinin deputatları cümə günü Rusiya ilə birbaşa hava əlaqəsinin bərpasına dair müzakirələr aparıblar.

"Nə üçün gürcü tərəfi Gürcüstan - Rusiya sərhədindəki "Yuxarı Lars" nəzarət-keçid məntəqəsi ilə bağlı məsələdə olduğu kimi, hava əlaqəsinin bərpası üçün danışıqlara başlanması təklifi ilə Rusiyaya müraciət etməyib?" - sualının cavabında deputat Akaki Minaşvili bildirib ki, "Risiya uçuşları birtərəfli qaydada dayandırıb və onların bərpasına dair qərarı da özü qəbul etməlidir".

"Moskvaya uçmaq istəyənlər qoy, bunu üçüncü ölkə vasitəsilə həyata keçirsinlər", - o deyib.

Parlament azlığındakı xristian-demokratların lideri Georgi Tarqamadze Gürcüstan hökumətinin "bu məsələyə rasional yanaşma"dan imtina etməsindən təəccübləndiyini bildirib.

Gürcüstan və Rusiya arasında birbaşa hava əlaqəsi 2006-cı ilin oktyabrında gürcü tərəfi beş rusiyalı zabiti casusluq və terrorizm ittihamı ilə saxladıqdan sonra dayandırılıb.

Xəbər lenti

Xəbər lenti