...

Azərbaycanın Əmanətlərin Sığortalanması Fondunun reyestrinə dəyişikliklər edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2010 19:33 (UTC +04:00)
Azərbaycanın Əmanətlərin Sığortalanması Fondunun (ADIF) üzv banklarından daha birinin adının dəyişdirilməsi ilə əlaqədar olaraq fondun reyestrinə düzəlişlər edilib.
Azərbaycanın Əmanətlərin Sığortalanması Fondunun reyestrinə dəyişikliklər edilib

Azərbaycan, Bakı, 1 aprel /Trend/

Azərbaycanın Əmanətlərin Sığortalanması Fondunun (ADIF) üzv banklarından daha birinin adının dəyişdirilməsi ilə əlaqədar olaraq fondun reyestrinə düzəlişlər edilib. Bu barədə fondun cümə axşamı yayılan məlumatında deyilir.

Dəyişiklik Azərnəqliyyatbankın Expressbank adı ilə əvəz olunması ilə əlaqədar edilib. Hazırda AIDF-in 42 üzvü var. Daha əvvəl fondun reyestri Azfinansbank adının AFB Bank, Azərdəmiryolbank adının DəmirBank və Əmrahbank adının Amrahbank adı ilə əvəz edilməsi ilə əlaqədar olaraq dəyişikliklər etmişdi.

Azərbaycanın Mərkəzi Bankı Azərnəqliyyatbanka bank fəaliyyəti ilə məşğul olmağa dair lisenziya verib. Bankın adının Expressbank-la əvəz edilməsi ilə əlaqədar olaraq buna ehtiyac yaranıb.

Azərnəqliyyatbank 1989-cu ildə Azərbaycanın Avtomobil Nəqliyyatı Nazirliyinin ayrı-ayrı təşkilatları tərəfindən kommersiya bankı kimi təsis edilib. 2005-ci ildə bank ASC qismində yenidən təşkil edilib.

Xəbər lenti

Xəbər lenti