Azərbaycan bankı Muğan Bank səhmlərin yeni emissiyasının yerləşdirilməsinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2010 19:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Bakı Fond Birjası (BFB) aprel 5-dən etibarən "Muğan Bank" ASC-nin adi sənədsiz adsız səhmlərinin yerləşdirilməsinə başlayacaq. Bu barədə cümə günü BFB-nin məlumatında deyilir.

Emissiyanın həcmi 1 milyon manat, hər birinin 200 manat nominal dəyəri olan qiymətli kağızların sayı 5000 ədəd təşkil edir. Aksiya səhmlərinin yerləşdirilməsinin anderrayteri qismində "Technika Capital Management" MMC çıxış edir.

Şirkətin nizamnamə kapitalı 14 milyon dollar təşkil edir, yeni emissiyanın paylanmasından sonra isə 15 milyon manata çatacaq.

Muğan Bank 1992-ci ildən bank fəaliyyəti ilə məşğuldur, hazırda 26 filial və 4 bank şöbəsinə malikdir.

Muğan Bank 100 faiz Azərbaycan bankıdır.

Aprelin 2-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti