Azərbaycanda güzəştli maliyyələşdirmə ilə üzüm emalı üzrə iki müəssisə inşa ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2010 18:53 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanıda Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) müsabiqə komissiyası üzüm emalı üzrə kiçik və orta sahibkarlıq müəssisələrinin yaradılmasına dair sahibkarlıq obyektləri tərəfindən təklif edilmiş beş investisiya layihəsindən ikisini seçib.
Azərbaycanda güzəştli maliyyələşdirmə ilə üzüm emalı üzrə iki müəssisə inşa ediləcək

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir İ.Xəlilova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanıda Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) müsabiqə komissiyası üzüm emalı üzrə kiçik və orta sahibkarlıq müəssisələrinin yaradılmasına dair sahibkarlıq obyektləri tərəfindən təklif edilmiş beş investisiya layihəsindən ikisini seçib. Bunu fondun icraçı direktoru Şirzad Abdullayev deyib.

"Göyçay Konyak" ASC və "Sultan-O" MMC müsabiqənin qalibləri elan edilib. Hər bir layihənin dəyəri 3 milyon manat dəyərləndirilir, bunun 2 milyon manatı SKMF kreditləri hesabına maliyyələşdiriləcək.

Müəssisələrdən biri Göyçay, digəri isə Şabran (əvvəlki Dəvəçi) rayonunda yaradılacaq.

İnvestisiya layihələrinin seçilməsi aşağıdakı meyarlar əsasında aparılıb: üzüm emalı üzrə müəssisənin yaradılmasına dair layihə müasir tələblərə cavab verməlidir, o, müasir standartlara cavab verən texnologiya və laboratoriya ilə təchiz edilməlidir. Müəssisənin yerləşəcəyi ərazi səmərəli infrastruktura malik olmalıdır.

İnvestisiya layihələrinin maliyyələşdirilməsində Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ), yaxud tərəflərin razılığı əsasında onun törəmə müəssisəsinin iştirakı ehtimalı istisna edilmir. Lakin Abdullayevin dediyi kimi, seçilmiş layihələrdə AİŞ-in iştirakı gözlənilmir.

Xəbər lenti

Xəbər lenti