...

Azərbaycan ilə İran arasında əmtəə dövriyyəsi aşağıdır - səfir Cavanşir Axundov

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2010 19:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Hazırda Azərbaycan ilə İran arasında əmtəə dövriyyəsinin səviyyəsi aşağıdır, iki ölkənin ticarət sahəsində münasibətlərini genişləndirmək lazımdır. Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov belə hesab edir. Məlumatı FARS informasiya agentliyi yayıb.

"Azərbaycan digər ölkələrlə ildə 20 milyard dollar dəyərində ticarət mübadiləsi həyata keçirir. İranla isə ticarət dövriyyəsi ildə yalnız 500 milyon dollar təşkil edir", - Axundov deyib.

Səfir deyib ki, Azərbaycan İran ilə ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsində maraqlıdır. Onun sözlərinə görə, mayda Bakıda İran və Azərbaycan investorlarının ilk iclası keçiriləcək.

Xəbər lenti

Xəbər lenti