...

Azərbaycanın mikromaliyyə təşkilatlarının nümayəndələri üçün seminar keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2010 20:05 (UTC +04:00)
Bakı Fond Birjası (BFB) və Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) birgə təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən mikromaliyyə təşkilatlarının nümayəndələri üçün kapital bazarları və fond birjasında listinq mövzusunda seminar keçirilib.
Azərbaycanın mikromaliyyə təşkilatlarının nümayəndələri üçün seminar keçirilib

Azərbaycan, Bakı, 20 may /Trend/

Bakı Fond Birjası (BFB) və Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) birgə təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən mikromaliyyə təşkilatlarının nümayəndələri üçün kapital bazarları və fond birjasında listinq mövzusunda seminar keçirilib. Bu barədə cümə axşamı BFB-nin məlumatında deyilir.

Seminara AMFA rəhbərliyi və assosiasiyanın üzvü olan əksər mikromaliyyə təşkilatları qatılıblar. Seminarda BFB-nin əməkdaşları tərəfindən iştirakçılara kapital bazarının biznesə faydası, eləcə də birjada listinqə düşməyin üstünlükləri və yolları barədə ətraflı məlumat çatdırılıb, müvafiq mövzularda müzakirələr aparılıb. Tədbirin yekununda bir neçə təşkilat qiymətli kağızlarını BFB-də listinqdə görmək istəyini səsləndirib və birja öz növbəsində bu istiqamətdə hər cür yardıma hazır olduğunu bəyan edib.

BFB ölkə iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən müəssisə və şirkətlərlə onların kapital bazarı barədə maarifləndirilməsi və bazara cəlb olunması istiqamətində davamlı iş aparır.

Xəbər lenti

Xəbər lenti