...

Azərbaycan Prezidenti 2010-cu il dövlət büdcəsinə dəyişikliklər edilməsi barədə fərman imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2010 11:59 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "2010-cu il dövlət büdcəsi haqqında" qanuna dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Azərbaycan Prezidenti 2010-cu il dövlət büdcəsinə dəyişikliklər edilməsi barədə fərman imzalayıb

Azərbaycan, Bakı, 3 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "2010-cu il dövlət büdcəsi haqqında" qanuna dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Dəyişikliklərə əsasən, büdcə gəlirləri 1,49 milyard manat artırılaraq 11,505 milyard manata, büdcə xərcləri isə 1,11 milyard manat artırılaraq 12,275 milyard manata çatdırılıb. Mərkəzləşdirilmş gəlirlər 11,0728 milyard manat, yerli gəlirlər 432,196 milyon manat, mərkəzləşdirilmiş xərclər 11,081 milyard manat, yerli xərclər 1,194 milyard manat səviyyəsində müəyyənləşib.

Dəyişikliklər nəticəsində büdcənin kəsiri 770,3 milyon manat azaldılaraq 1,249 milyard manata çatdırılıb. Bununla da dövlət büdcəsinin kəsri ümumdaxili məhsulun həcmində 3,9 faizdən 2,3 faizədək azalıb.

İyunda Azərbaycan Parlamenti 98 səs lehinə 5 səs əleyhinə olmaqla 2010-cu il dövlət büdcəsinə dəyişikliklər edilməsi barədə qanunu qəbul edib.

Dəyişikliklər nəticəsində neftə olan büdcə qiyməti bir barel üçün 45 dollardan 65 dollaradək yüksəldilib.

Xəbər lenti

Xəbər lenti