...

ARDNŞ-nin "Azərikimya" İB ilə Dövlət Neft Akademiyasının əməkdaşlığı uğurlu nəticə verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2010 18:42 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Akademiyanın bir qrup məzunu cəmi bir ay əvvəl başlanmış işbirliyinin nəticəsi olaraq ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin mütəxəssislərindən təşkil olunmuş komissiyanın müsahibəsindən keçdikdən sonra Birliyin müəssisələrində gənc mütəxəssis kimi işləmək üçün istehsalata vəsiqə alıb.
ARDNŞ-nin "Azərikimya" İB ilə Dövlət Neft Akademiyasının əməkdaşlığı uğurlu nəticə verib

Аzərbaycan, Bakı, 12 iyul /Trend/

Azərbaycan Dövlət Neft Akademiyanın bir qrup məzunu cəmi bir ay əvvəl başlanmış işbirliyinin nəticəsi olaraq ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin mütəxəssislərindən təşkil olunmuş komissiyanın müsahibəsindən keçdikdən sonra Birliyin müəssisələrində gənc mütəxəssis kimi işləmək üçün istehsalata vəsiqə alıb. Bu barədə ARDNŞ-nin bazar ertəsi yayılan məlumatında deyilir.

Azərbaycan iqtisadiyyatının çətin və mürəkkəb sahələrindən sayılan kimya sənayesinə tələbələr arasından istedadlı gənclər cəlb olunub. Onların yüksəkixtisaslı kadr kimi yetişdirilməsi, həmçinin elm və istehsalat arasında əlaqələrin gücləndirilməsi məqsədi ilə başlanan əməkdaşlıq çərçivəsində təşkil olunan "Tələbə-kadr" müsabiqəsi ilk olaraq Neft Akademiyasında diplom müdafiəsinin keçirildiyi auditoriyalardan başlayıb.

Ən qabiliyyətli və istedadlı gənclərin Azərbaycanın mürəkkəb iqtisadiyyat sahəsi - kimya sahəsinə cəlb olunması, onların yüksəkixtisaslı kadrlar kimi formalaşması, həmçinin elmlə istehsalat arasında əlaqələrin gücləndirilməsi məqsədilə başlayan əməkdaşlıq çərçivəsində Neft Akademiyasında ilk dəfə olaraq "Tələbə-kadr" müsabiqəsi təşkil olunub.

Qarşılıqlı razılaşma əsasında "Azərikimya"nın təcrübəli mütəxəssislərinin, Neft Akademiyasının məzunları olmuş bugünkü istehsalat rəhbərlərinin də daxil olduğu diplom müdafiəsi zamanı tələbələr arasından 35 nəfər istedadlı gənc işə qəbul üzrə müsabiqədə iştirak etmək üçün Birliyin baş ofisinə dəvət olunub.

Üç gün davam edən müsahibədə Birliyin istehsalat rəhbərləri, təcrübəli texnoloq, mexanik və energetikləri məzunların ixtisas-peşə hazırlığını, kimya istehsalatı üzrə texniki təhlükəsizlik qaydalarını nə dərəcədə mənimsədiklərini, həmçinin xarakter və psixologiyalarını daha diqqətlə öyrənməyə çalışıblar.

Məzunların hər biri kifayət qədər elmi-nəzəri hazırlığa malik olduğu üçün komissiya üzvləri seçim məsələsində obyektivliyi maksimum dərəcədə qorumağa çalışıblar. Onlar 35 məzundan daha hazırlıqlı olan 8 nəfərin - Amil Əzizov, Tariyel Ramazanov, Elxan Əliyev, Teymur Niyafərz, Anar Ömərov, Saləddin Qulubəyli, Naib Məmmədov və Nəcəf Səfərlinin işə qəbul edilməsi haqqında qərar çıxarıblar. Seçilənlərdən 3 nəfər bir neçə gündən sonra böyük kimyaçılar ordusuna qoşulacaq. 5 nəfər isə Vətən qarşısında hərbi xidmət borcunu yerinə yetirdikdən sonra kimya sənayesində fəaliyyətə başlayacaq.

Xəbər lenti

Xəbər lenti