...

"TBC Kredit"in kredit portfeli ilk yarımildə 12,5% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2010 14:38 (UTC +04:00)
İlk yarımildə qeyri-bank təşkilatı "TBC Kredit"in kredit portfeli 2009-cu ilin sonuna olan göstərici ilə müqayisədə 12,5% artıb. Bu barədə "TBC Kredit"in çərşənbə günü yayılan məlumatında deyilir.
"TBC Kredit"in kredit portfeli ilk yarımildə 12,5% artıb

Azərbaycan, Bakı, 14 iyul /Trend/

İlk yarımildə qeyri-bank təşkilatı "TBC Kredit"in kredit portfeli 2009-cu ilin sonuna olan göstərici ilə müqayisədə 12,5% artıb. Bu barədə "TBC Kredit"in çərşənbə günü yayılan məlumatında deyilir.

"TBC Kredit" stabil biznes təşkilatı kimi, effektiv işi və sarsılmaz inkişafı ilə öz mövqeyini qorumaqda davam edir. Şirkət kredit risklərinə və likvidlik risklərinə xüsusi diqqət yetirir. "TBC Kredit" həm şirkətin təsisçiləri, həm də beynəlxalq maliyyə təşkilatları tərəfindən maliyyələşmə ilə tam təmin edilib", - məlumatda qeyd olunur.

İlin əvvəlindən şirkət öz müştərilərinə kredit üzrə ötən illə müqayisədə daha əlverişli şərtlər təqdim edərək, məbləğ və kreditləşmə müddətini artırıb. Xüsusi tələbat bütün məqsədlərə ayrılan rüsumsuz istehlak kreditidir (səyahət, toyların təşkili, mebel və texnikanın alışı və s.). Bu kreditin maksimal məbləği 18 ayadək olmaqla 5 min manat təşkil edir.

"TBC Kredit" məzuniyyət vaxtları mövsümündə "Kreditli səyahətəlr" adlı yeni məhsul hazırlayıb ki, bununla da əksər müştərilərə dünyanın ən yaxşı kurortlarında unudulmaz istirahət imkanı yaradır.

İyunun 1-dən "TBC Kredit" faiz dərəcəsini azaldaraq, ipoteka kreditləri üzrə şərtləri yaxşılaşdırıb. Bununla da illik faiz dərəcəsi 10 illik kredit müddətində 18 faiz olub.

"Faiz dərəcələrinin azaldılması bizim əksər vətəndaşlarımıza öz yaşayış şəraitlərini yaxşılaşdırmağa imkan verir", - məlumatda vurğulanıb.

Əhaliyə mənzillərin alınmasına və təmirinə, özəl evlərin tikintisinə, torpaq sahəsinin alınmasına kreditlər verilir. Bununla belə, kreditin maksimal məbləği 200 min dollar təşkil edir. Məlumatda deyildiyinə görə, təşkilatın planlarına verilən ipoteka kreditlərinin aylıq həcminin xeyli artırılması daxildir.

Kredit portfelinin çox hissəsini biznes-kreditlər təşkil edir. İlin əvvəlində bu məhsul üzrə faiz dərəcəsi azaldılıb və orta hesabla illik 22 faiz təşkil edib. Biznes-kreditlər üzrə maksimal məbləğ 500 min manata çatır.

Biznes-portfelə kiçik müəssisələrə ötən ilin sonundan girovsuz verilən mikrobiznes kreditləri daxildir. Mikrobiznes kreditlərinin girovsuz maksimal məbləği 10 min manatadək artırılıb.

1 iyul 2010-cu il tarixinədək "TBC Kredit"in kredit portfelinin həcmi 1 712 aktiv kreditdə 18,2 milyon dollara çatıb. Kredit portfelinin 56 faizini biznes-kredit, 29 faizini ipoteka və 14 faizini istehlak kreditləri təşkil edir.

Yaxın gələcəkdə "TBC Kredit" həm Bakı, həm də Sumqayıt üzrə müştərilərinə xidmət şəbəkəsini genişləndirməyi planlaşdırıb.

"TBC Kredit" qeyri-bank kredit təşkilatı Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. 2007-ci ilin dekabrından şirkətin 75 faizi Gürcüstanın aparıcı bankı "TBC Bank"a, 25 faiz isə "ShoreBank International Ltd" şirkətinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti