...

Azərbaycan bankı "Parabank" ölkə regionlarında sahibkarlara dəstək verməkdə davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Avqust 2010 18:04 (UTC +04:00)
Cümə günü Yardımlı rayonunda İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kənd təsərrüfatının inkişafına güzəştli kreditlərin verilməsini nəzərdə tutan növbəti tədbir keçirilib. Bu barədə "Parabank"ın cümə günü yayılan məlumatında deyilir.
Azərbaycan bankı "Parabank" ölkə regionlarında sahibkarlara dəstək verməkdə davam edir

Azərbaycan, Bakı, 13 avqust /Trend/

Cümə günü Yardımlı rayonunda İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kənd təsərrüfatının inkişafına güzəştli kreditlərin verilməsini nəzərdə tutan növbəti tədbir keçirilib. Bu barədə "Parabank"ın cümə günü yayılan məlumatında deyilir.

Tədbir çərçivəsində sahibkarlar kreditlərin verilmə şərtləri ilə də tanış olublar. "Sahibkarlığa Kömək Milli Fondu"nun səlahiyyətli bankı olan "Parabank" yarmarkada fəal iştirak edib və 24 ay müddətinə güzəştli şərtlər əsasında kredit verib. "Parabank" kiçik və orta sahibkarlığın inkişafına dəstək verməkdə davam edir.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu səlahiyyətli kredit təşkilatları vasitəsilə Lənkəran iqtisadi zonasında fəaliyyət göstərən sahibkarlara 300 min manat məbləğində güzəştli kredit verib. Bu kreditlər vasitəsilə 82 yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Avqustun 13-nə rəsmi məzənnə 0,8037 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti