...

Azərbaycan nəqliyyatın intellektual idarə olunması sistemini tətbiq edən ölkələrin beynəlxalq konfransında iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Sentyabr 2010 14:05 (UTC +04:00)
Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov oktyabrın 25-29-da Pusanda (Koreya) keçiriləcək nəqliyyatın intellektual idarə olunması sistemini tətbiq edən ölkələrin beynəlxalq konfransında iştirak edəcək. Bu barədə nazirliyin məlumatında deyilir.
Azərbaycan nəqliyyatın intellektual idarə olunması sistemini tətbiq edən ölkələrin beynəlxalq konfransında iştirak edəcək

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov oktyabrın 25-29-da Pusanda (Koreya) keçiriləcək nəqliyyatın intellektual idarə olunması sistemini tətbiq edən ölkələrin beynəlxalq konfransında iştirak edəcək. Bu barədə nazirliyin məlumatında deyilir.

Görüş zamanı nəqliyyatın idarə olunmasının bu sistemlərini tətbiq edən ölkələrin təcrübəsinə baxılacaq, yeni texnologiyaların tətbiqi müzakirə ediləcək.

Azərbaycanda nəqliyyatın intellektual idarə olunması sisteminin yardılması prosesi gələn il fevralın sonunda başa çatacaq. Sistem Bakıda sərnişin nəqliyyatının nizamlanması və idarə edilməsi məqsədilə yaradılır. İntellektual idarəetmə mərkəzinin tikintisi üzrə işlərin bu ilin sonunda başa çatdırılması planlaşdırılır. Mərkəzin tikintisinə keçən il başlanılıb.

Layihənin dəyəri 77 milyon dollara yaxındır.

Sistem çərçivəsində avtobus dayanacaqları üçün 639-a yaxın meydanın ("cib"lərin), taksilər üçün 140 meydan yaradılması planlaşdırılır. Artıq 375 yeni dayanacaq yaradılıb, daha 289 dayanacağın yaradılması nəzərdə tutulur. Eləcə də 42 dayanacağın yerinin dəyişdirilməsi planlaşdırılıb ki, onlardan 10-u ləğv olunacaq. Bu işlər yol polisi və intellektual sistemin yaradılması prosesində iştirak edən koreyalı mütəxəssislərlə birgə aparılır.

Bakıda intellektual sistemin yaradılması çərçivəsində yenitipli 450-yə yaxın avtobus dayanacağı yaradılacaq ki, burada elektron tablo yerləşdiriləcək. Bu da nəqliyyatın hərəkətini və avtobusların marşrutlarını müşahidə etməyə (peyk vasitəsilə) imkan verəcək. Həmçinin, dayanacaqlarda quraşdırılan tablolar və kameralar vasitəsilə dayanacaqların yerləşdikləri məkanın effektivliyinin, onun zəruriliyinin və əhali tərəfindən istifadə olunmasının monitorinqi keçiriləcək. İntellektual sistem elektrontipli 150-yə yaxın yeni işıqforların yerləşdirilməsini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti