...

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi milli akkreditə standartlarını təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Sentyabr 2010 15:14 (UTC +04:00)
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi akkreditə sisteminin inkişafı məqsədilə Avropa standartları səviyyəsində yeni dövlət standartları təsdiq edib. Bu barədə çərşənbə günü komitədən verilən məlumatda deyilir.
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi milli akkreditə standartlarını təsdiq edib

Аzərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir А.Axundov/

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi akkreditə sisteminin inkişafı məqsədilə Avropa standartları səviyyəsində yeni dövlət standartları təsdiq edib. Bu barədə çərşənbə günü komitədən verilən məlumatda deyilir.

"Azərbaycan Respublikasının akkreditə sistemi. Əsas nizamnamələr" AZS 11.1.001-2010 təcrübə və kalibrləmə laboratoriyalarının sertifikatlaşdırılması və akkreditəsi üzrə idarə orqanları sisteminin tətbiqi ilə bağlı hüquqi və fiziki şəxslərin konsaltinqi və sertifikatı üzrə təşkilatın əsas qanunlarını müəyyən edən Azərbaycan Akkreditə Sisteminin standartıdır.

"Azərbaycan Respublikası Akkreditə Sistemi. Reyestr standartı AZS 11.1.003-2010 sistemin quruluşu, tərkibi və reyestrinin aparılmasına ümumi tələbləri müəyyən edir.

Bu standartların müddəaları Azərbaycan Akkreditə Sisteminin fəaliyyətində iştirak edən fiziki və hüquqi şəxslər üçün mütləqdir.

Xəbər lenti

Xəbər lenti