...

İnquşetiya Prezidenti Azərbaycana təkrar səfər etməyi planlaşdırır (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2010 16:27 (UTC +04:00)
Oktyabr-noyabr aylarında İnquşetiya Prezidenti Yunusbek Yevkurovun ikitərəfli iqtisadi əməkdaşlıq haqqında sazişin imzalanması məqsədilə Azərbaycana təkrar səfəri gözlənilir.
İnquşetiya Prezidenti Azərbaycana təkrar səfər etməyi planlaşdırır (ƏLAVƏ OLUNUB)

RED. əlav.: ikinci abzasdan sonra əlavə edilib

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir N.İsmayılova/

Oktyabr-noyabr aylarında İnquşetiya Prezidenti Yunusbek Yevkurovun ikitərəfli iqtisadi əməkdaşlıq haqqında sazişin imzalanması məqsədilə Azərbaycana təkrar səfəri gözlənilir.

"Bizim üçün investisiya fəaliyyəti, aqrosənaye kompleksi, tikinti və turizm sahələri əhəmiyyət kəsb edir, - cümə günü Yevkurov Bakıda mətbuat konfransında deyib. - Biz mədəniyyət, idman və digər sektorlarda da əməkdaşlığın qurulmasında maraqlıyıq".

İnquşetiya Prezidentinin indiki səfəri tanışlıq xarakteri daşıyır.

"Biz konkret olaraq müəyyən etmişik ki, İnquşetuya da daxil olmaqla, Azərbaycan və bütün Şimali Qafqaz respublikaları arasında əməkdaşlıq üzrə sazişi hazırlayacağıq, - Yevkurov qeyd edib. - Oktyabr-noyabr aylarında saziş hazır olan kimi, mən Azərbaycana təkrar səfər etməyi planlaşdırıram".

İnquşetiyada 1300 nəfərdən çox - kifayət qədər böyük Azərbaycan diasporu təmsil olunub və onların hamısı ölkənin iqtisadiyyatında yer alıblar. "Buna görə də ölkələrimiz arasında bu münasibətləri inkişaf etdirmək lazımdır", - İnquşetiya rəhbəri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti