...

Pul bazarının market-meykerləri Azərbaycanda banklararası kreditlərin müddət və məbləğini artırmağı təklif ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2010 13:46 (UTC +04:00)
Azərbaycanın kommersiya bankları banklararası kredit bazarının təşkil etdiyi zəmanətli pul bazarında dövriyyədə olan Azərbaycanda banklararası kreditlərin müddət və məbləğini artırmağı təklif ediblər. Bu barədə Bakı Banklarası Valyuta Birjasının (BBVB) məlumatında deyilir.
Pul bazarının market-meykerləri Azərbaycanda banklararası kreditlərin müddət və məbləğini artırmağı təklif ediblər

Azərbaycan, Bakı, 18 sentyabr/ Trend /

Azərbaycanın kommersiya bankları banklararası kredit bazarının təşkil etdiyi zəmanətli pul bazarında dövriyyədə olan Azərbaycanda banklararası kreditlərin müddət və məbləğini artırmağı təklif ediblər. Bu barədə Bakı Banklarası Valyuta Birjasının (BBVB) məlumatında deyilir.

Sentyabrın 17-də BBVB-də pul bazarı banklarının market-meykerlərinin nümayəndələrinin görüşü keçirilib. Bunlar -  "Dəmirbank" ASC, "AGBank" ASC, "Nikoil" İnvestisiya-Kommersiya Bankı, "Bank Standard" QSC, "Paşabank" ASC, "Unibank" ASC, "AtaBank" ASC, "Bank Respublika" ASC, "Bank of Baku ASC, "Turan Bank" ASC, "AFB Bank" ASC. Görüşdə Azərbaycan Mərkəzi Bankı da iştirak edib. Görüşün məqsədi banklararası kredit bazarının gələcək inkişaf məsələlərinin və yeni seqment - banklararası kredit bazarının təşkil etdiyi zəmanətli pul bazarının müzakirəsi olub.

"Banklararası kredit bazarının təşkil etdiyi zəmanətli pul bazarının və Mərkəzi Bankın market meykerləri ilə müvafiq tövsiyələrin hazırlanması üçün məşvərətlərin keçirilməsi haqqında qərar qəbul edilib", - məlumatda deyilir.

2009-cu ilin oktyabrın 21-dən etibarən AMB, BBVB və pul bazarının bir neçə bankların market-meykerləri arasında ("Dəmirbank" ASC, "AGBank" ASC, "Nikoil" İnvestisiya Kommersiya Bankı, "Bank Standard" QSC, "Paşabank" ASC, "Unibank" ASC, "Bank of Baku ASC) pul bazarının yeni seqmenti üçün hüquqi əsas olan kollektiv saziş imzalanıb. Sonradan layihəyə "Turan Bank" və "AFB Bank" da qoşulub.

İndi zəmanətli pul bazarının 9 iştirakçısı var.

Zəmanətli pul bazarı - banklararası kredit bazarının seqmentidir. Orada əməliyyatlar üzrə öhdəliklərin yerinə yetirilməsinə Mərkəzi Bank tərəfindən zəmanət verilir. Bankların ticarət limitləri Mərkəzi Bank tərəfdən müəyyən edilir və bütün iştirakçılar arasında razılaşdırılır. Ticarət limitlərinin dəyişdirilməsi haqqında qərara da Mərkəzi Bank baxır. Saziş iştirakçı banklardan hər biri ayda bir dəfə bir milyon manatdan çox olmamaqla kredit vəsaitlərini cəlb edə bilər. Kreditin verilməsinə maksimal müddət 30 gündən çox deyil. Faiz dərəcələrinin məbləğini banklar müstəqil surətdə müəyyənləşdirirlər.

Xəbər lenti

Xəbər lenti