...

"Kapital Bank" APUS sisteminə qoşulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2010 12:47 (UTC +04:00)
"Kapital Bank" ASC respublikada ən çox şaxələnmiş filial şəbəkələri, çoxlu sayda bankomatları, eləcə də SMS-bankçılıq xidmətləri vasitəsilə öz müştərilərinə kommunal xidmətlərin ödənişi üçün geniş seçim imkanları verir. Bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.
"Kapital Bank" APUS sisteminə qoşulub

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

"Kapital Bank" ASC respublikada ən çox şaxələnmiş filial şəbəkələri, çoxlu sayda bankomatları, eləcə də SMS-bankçılıq xidmətləri vasitəsilə öz müştərilərinə kommunal xidmətlərin ödənişi üçün geniş seçim imkanları verir. Bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

"Belə imkan "Kapital Bank"ın kommunal xidmətlərin yeni APUS ödəniş sisteminə qoşulması sayəsində meydana çıxıb", - məlumatda deyilir.

Kommunal xidmətlərin ödənişi onlayn-rejimdə www.apus.az internet-saytında elektron bank kartları vasitəsilə həyata keçirilir.

İndi "Kapital Bank"ın müştərilərinin qaz, işıq və su üçün üç müxtəlif kod təqdim etmələrinə ehtiyac olmayacaq. Kommunal xidmətlərin bütün üç növü üzrə APUS sisteminin unikal vahid kodunu əldə etmək üçün "Kapital Bank"ın istənilən filialına yaxınlaşmaq kifayətdir.

APUS qaz, işıq və su üçün vahid koddur.

APUS sistemi vasitəsilə kommunal xidmətlərin bankomatlar və SMS-bankçılığı xidmətləri vasitəsilə ödənilməsi barədə daha ətraflı məlumatı "Kapital Bank"ın www.kapitalbank.az saytında əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti