...

Azərbaycan bankı "DəmirBank"ın aktivləri 18 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2010 15:41 (UTC +04:00)
Azərbaycan bankı "DəmirBank"ın aktivləri 1 sentyabr 2010-cu il tarixinə 284,7 mln manat təşkil edib; bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 44,1 mln manat və ya 18,3% çoxdur. Bu barədə bankın çərşənbə axşamı yayılan məlumatında deyilir.
Azərbaycan bankı "DəmirBank"ın aktivləri 18 faiz artıb

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

Azərbaycan bankı "DəmirBank"ın aktivləri 1 sentyabr 2010-cu il tarixinə 284,7 mln manat təşkil edib; bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 44,1 mln manat və ya 18,3% çoxdur. Bu barədə bankın çərşənbə axşamı yayılan məlumatında deyilir.

Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 32 mln manat və ya 18,1% artaraq 209 mln manata çatıb.

Bankda müştəri depozitlərinin həcmi 1 sentyabr 2010-cu il tarixinə 97,1 mln manat olub. Əhalinin əmanətlərinin həcmi 1 sentyabr 2010-cu il tarixinə 82,3 mln manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 45,6% və ya 25,8 mln manat çoxdur.

Bankın nizamnamə kapitalı 1 sentyabr 2010-cu il tarixinə 19 mln manat, məcmu kapitalı isə 48 mln manat olub.

Ölkənin ilk banklarından olan "DəmirBank" (əvvəlki adı "Azərdəmiryolbank") 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Sentyabrın 21-nə rəsmi məzənnə 0,8032 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti