...

Fransanın "Societe Generale" bankı Azərbaycanda özəl sektorun layihələrinə maraq göstərir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2010 17:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir N.İsmayılova/

Fransanın "Societe Generale" bankı Azərbaycanda özəl sektorun layihələrinə maraq göstərir. Bu barədə cümə günü bankın regional nümayhəndəsi Teybə Quliyeva məlumat verib.

"Bu gün biz özəl sektorun layihələrinə kifayət qədər maraq göstəririk və bu, gələn il üçün fəaliyyətimizin əsas istiqamətlərindən biridir", - Quliyeva bildirib.

Onun sözlərinə görə, artıq banka özəl sektordan müraciət daxil olub və təqdim olunan layihələr arasında diqqəti cəlb edənləri var.

"Biz özəl şirkətlərin ehtiyaclarına düzgün yanaşmağa və bizim onları maraqlandıran maliyyələşdirməni və ya xidmətləri təqdim edə biləcəyimizi öyrənməyə çalışırıq", - o deyib.

Onun sözlərinə görə, layihələr müxtəlif sektorları əhatə edir və baxılmanın ilkin mərhələlərindədir. Təqdim olunan layihələr əsasən sənaye sektorunu əhatə edir. Bu layihələrin maliyyələşdirilməsi təqribən 50 milyon - 300 milyon avro arasında dəyişir.

Xəbər lenti

Xəbər lenti