...

Azərbaycanda 350 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq malları aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2010 20:00 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinq zamanı satışdan 351 kiloqram vaxtı ötmüş ərzaq malları çıxarılaraq məhv edilib.
Azərbaycanda 350 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq malları aşkar edilib

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinq zamanı satışdan 351 kiloqram vaxtı ötmüş ərzaq malları çıxarılaraq məhv edilib. Bu barədə nazirliyin bazar ertəsi yayılan məlumatında deyilir.

Monitorinqlər Bakının Səbail, Nərimanov, Binəqədi, Nəsimi və Yasamal rayonlarında, Cəlilabad rayonunda, Xaçmaz və Şəki şəhərlərində keçirilib.

Mağazalarda saxlama müddəti ötmüş qənnadı, süd və süd məhsulları, kolbasa, konservləşdirilmiş məhsullar, yağlar, balıq və digər dəniz məhsulları, uşaq yeməkləri, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Xəbər lenti

Xəbər lenti