...

Azərbaycan və Özbəkistanın turizm şirkətləri turizm sahəsində əməkdaşlığı genişləndirmək üçün müqavilə imzalayacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2010 18:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın turizm şirkətləri noyabrın 5-dən 10-dək Daşkənddə keçiriləcək Özbəkistanın milli sərgisində öz məhsullarını təqdim edəcəklər. Bu barədə çərşənbə axşamı Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

"Sərgidə "Xəzər Travel", "Caspian Travel", "Millenium tour", "Bakı Tur", "Royal Travels" kimi şirkətlər iştirak edəcək", - Bağırov qeyd edib.

Onun sözlərinə görə, sərgi çərçivəsində Azərbaycan və Özbəkistanın turizm şirkətlərinin nümayəndələri arasında görüşlər keçiriləcək.

"Azərbaycan və Özbəkistan şirkətləri arasında müqavilələr də imzalanacaq", - Bağırov qeyd edib.

Bu müqavilələr iki ölkə arasında turizm sahəsində münasibətlərin gələcəkdə genişləndirilməsi üçün əsas yaradacaq, - o əlavə edib.

"İpək yolu" layihəsi çərçivəsində əməkdaşlığı genişləndirmək planlaşdırılır, bu, hər iki istiqamətdə turist axınının artmasına gətirib çıxaracaq", - Bağırov qeyd edib.

Sərgi Azərbaycan İqtisadi İnkişaf Nazirliyi tərəfindən Azərbaycan və Özbəkistanın dövlət və hökumət başçılarının təşəbbüsü ilə təşkil edilib.

Trend-ə Azərbaycanın Özbəkistandakı səfirliyinin ikinci katibi Səbuhi Əhmədovun verdiyi məlumata görə, 4,5 min kvadratmetdən çox ərazidə yerləşən sərgi kompleksində Azərbaycanın son illər əldə etdiyi nailiyyətləri nümayiş etdirən ekspozisiyalar göstəriləcək.

Ümumilikdə Azərbaycanın 160-dan çox müəssisəsi dünya standartlarına cavab verən iki minə yaxın adda məhsulu nümayiş etdirəcəklər.

Azərbaycanın milli sərgisinin hazırlanması üzrə işçi qrupuna iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov başçılıq edir.

Xəbər lenti

Xəbər lenti