...

Azərbaycanda 10 ay ərzində mal dövriyyəsindən 1292,5 ton keyfiyyətsiz ərzaq malları çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Noyabr 2010 17:23 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti cari ilin on ayı ərzində normativ sənədlərin tələblərinə uyğun olmayan 1292,5 ton müxtəlif növ ərzaq məhsullarını satışdan çıxarıb.
Azərbaycanda 10 ay ərzində mal dövriyyəsindən 1292,5 ton keyfiyyətsiz ərzaq malları çıxarılıb

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti cari ilin on ayı ərzində normativ sənədlərin tələblərinə uyğun olmayan 1292,5 ton müxtəlif növ ərzaq məhsullarını satışdan çıxarıb. Bu barədə nazirliyin cümə axşamı yayılan məlumatında deyilir.

Bu məhsulların 284,8 tonu məhv edilib, 30,3 tonu təkrar emala göndərilib, 614,9 tonu normativ sənədlərin tələblərinə uyğun etiketləndikdən sonra satışa qaytarılıb, 359,5 tonunun insanların qidalanmasında və heyvanların yemlənməsində istifadəsi qadağan olunub, 3 tonu ilə bağlı isə araşdırmalar davam etdirilir.

Bundan başqa, bu dövrdə yuxarıda qeyd edilən səbəblərdən 376,5 ton qeyri-ərzaq malları satışdan çıxarılıb, bu malların 142,8 tonu məhv edilib, 223,8 tonu müvafiq qaydada etiketləndikdən sonra satışa qaytarılıb, 9,9 tonu ilə bağlı araşdırmalar aparılır.

On ay ərzində qanun pozuntusuna yol verən sahibkarlıq subyektləri barəsində Dövlət Xidməti tərəfindən Azərbaycanın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, ümumilikdə 1436 qərar qəbul olunub və inzibati xətaya yol vermiş şəxslər 2 milyon manatdan artıq cərimə edilib.

Xəbər lenti

Xəbər lenti