...

"Azersun Holding" duz istehsalı zavoduna media-tur təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2010 14:43 (UTC +04:00)
Kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri bu yaxınlarda açılan "Bizim Duz" və "Azərduz" markalarının istehsal edildiyi Masazır Duz Zavodunda olublar.
"Azersun Holding" duz istehsalı zavoduna media-tur təşkil edib

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

Kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri bu yaxınlarda açılan "Bizim Duz" və "Azərduz" markalarının istehsal edildiyi Masazır Duz Zavodunda olublar. Bu barədə şənbə günü zavodun təsisçilərindən biri olan "Azersun Holding"dən bildiriblər.

Məlumatda deyildiyinə görə, media-tur zavodun fəaliyyəti, iş rejimi, istehsal sahələri və yodlaşdırılmış duzun ərsəyə gələnə qədər keçdiyi prosedurlarla yaxından tanış olmaq məqsədilə təşkil edilib.

Zavod 21 iyul 2010-cu il tarixində ölkə başçısı İlham Əliyevin iştirakı ilə açılıb. Dünya standartlarına uyğun yüksək səviyyəli texnologiya ilə çalışan Masazır Duz Zavodunda 130 nəfər işlə təmin edilib.

Duz zavodunun gündəlik emal gücü 100 tondur. Zavod tam gücü ilə işə düşdükdən sonra isə bu rəqəmin 300 ton olacağı nəzərdə tutulub. İldə 90 min ton ən yüksək standartlara uyğun yodlaşdırılmış duz istehsal edən zavod Azərbaycanı duz idxalçısından ixracatçısına çevirmək iqtidarındadır.

Masazır Duz Zavodunun əsas xammal mənbəyi Masazır duz gölüdür. Texnoloji sxemdə xam duzdan istifadə olunması da nəzərdə tutulub. Bu, yalnız qış aylarında göldəki duz konsentrasiyası aşağı olan zaman tətbiq olunacaq.

Xəbər lenti

Xəbər lenti