...

Azərbaycanda Ucar rayonunun iqtisadi inkişafının prioritet istiqamətləri müəyyən olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2010 15:04 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu Ucar rayonunda müəyyən olunmuş prioritet sahələrin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən investisiya layihələrinin qəbulunu elan edib. Bu barədə çərşənbə axşamı İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.
Azərbaycanda Ucar rayonunun iqtisadi inkişafının prioritet istiqamətləri müəyyən olunub

Аzərbaycan, Bakı, 7 dekabr /Trend,müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu Ucar rayonunda müəyyən olunmuş prioritet sahələrin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən investisiya layihələrinin qəbulunu elan edib. Bu barədə çərşənbə axşamı İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.

Dekabrın 3-də Ucar rayonunda keçirilən tədbir çərçivəsində "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb. Nəticədə rayonun iqtisadi inkişafı üçün aşağıdakı prioritet istiqamətlər müəyyən olunub:

- intensiv heyvandarlığın (o cümlədən camışçılığın), ətlik istiqamətli quşçuluğun və bağçılığın (nar, heyva, xirnik və s.) inkişafı;

- meyvə və tərəvəz məhsullarının saxlanılması üçün müasir tələblərə cavab verən soyuducu anbar kompleksinin yaradılması.

Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Sahibkarlar məsləhət və əlavə məlumatı Sahibkarlığa Kömək Milli Fondundan ala bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 432-39-69

Faks: (012) 434-74-29

e-mail: [email protected] Bu e-poçt ünvanı spambotlar qorunulur. Onu görmək üçün JavaScript imkanlaşdırılmalıdır.

Xəbər lenti

Xəbər lenti