...

Azərbaycan və Rusiya 2011-2012-ci illər üçün gömrük hüquqpozmaları ilə mübarizə üzrə fəaliyyət planı imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2010 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) və Rusiya Federasiyasının Federal Gömrük Xidməti (FGX) "2011-2012-ci illər üçün Azərbaycan Dövlət Gömrük Komitəsi və Rusiya Federal Gömrük Xidməti arasında gömrük hüquqpozmaları ilə mübarizə üzrə Fəaliyyət Plan"ını imzalayıblar. Bu barədə komitənin rəsmi saytında dərc edilən məlumatda deyilir.

İmzalanma dekabrın 16-da Sankt-Peterburq şəhərində keçirilən MDBiştirakçı-dövlətlərin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquqmühafizə Bölmələri Başçıları Komitəsinin 5-ci iclası çərçivəsində baş tutub. İclasda Azərbaycanı DGK-nın sədr müavini Əsgər Abdullayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Sənədi Azərbaycan DGK-nın sədr müavini Əsgər Abdullayev və Rusiya FGX-nin rəhbərinin müavini Nikita Nikitin imzalayıblar.

Müzakirəyə 13 qərar layihəsi çıxarılıb.

İclas çərçivəsində seçkilər keçirilib. Rusiya Federal Gömrük Xidməti Qaçaqmalçılıqla Mübarizə Baş İdarəsi rəisinin birinci müavini Viktor Vakulenko MDB iştirakçı-dövlətlərin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquqmühafizə Bölmələri Başçıları Komitəsinin Gömrük hüquqpozmaları ilə mübarizə üzrə idarə rəislərinin qərargahının rəhbəri, Rusiya Federal Gömrük Xidməti Qaçaqmalçılıqla Mübarizə Baş İdarəsinin "M" xidmətinin rəisinin müavini Dmitri Kazmin isə MDB iştirakçı-dövlətlərin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquqmühafizə Bölmələri Başçıları Komitəsinin məsul katibi vəzifəsinə təyin ediliblər.

Tədbirə Estoniya, Litva və Latviya gömrük xidmətlərinin nümayəndələri müşahidəçi qismində qatılıblar.

Xəbər lenti

Xəbər lenti