...

Azərbaycan və BƏƏ-nin gömrük xidmətləri əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2010 17:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir A.Bədəlova/

Dubayın Gömrük Xidməti (Dubai Customs) Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Şahin Bağırovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Zawya"nın yazdığına görə, Azərbaycan nümayəndə heyətinin səfərində əsas məqsəd iki ölkənin gömrük strukturları arasında inzibati əməkdaşlıq imkanlarının müzakirə edilməsi olub.

Dubai Customs-ın vəzifəli şəxsləri ilə görüş zamanı Azərbaycanın nümayəndə heyəti üçün "Mersal2" gömrük sisteminin təqdimatı təşkil olunub. Nümayəndə heyəti həmçinin Dubai Customs-da intellektual hüquqların idarə olunması, qabaqcıl və müasir strateji planlar və HR proqramları haqqında məlumatlandırılıblar.

Dubai Customs-ın statistik rəqəmlərinə görə, 2010-cu ilin yanvarından sentyabr ayınadək Dubaydan Azərbaycana ixrac 900 faiz artaraq 3,2 milyon dirhəmlik səviyyədə olan idxala nisbətdə 34 milyon dirhəm təşkil edib.

Azərbaycandan Dubaya ixrac 50 faiz azalıb və üçüncü rübün sonlarında ötən ilin analoji dövründəki 6 milyon dirhəmə nisbətdə 3 milyon dirhəm təşkil edib.

1 AED-in (Arab Emirates Dirham) rəsmi məzənnəsi 3,667 USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti