...

Azərbaycanda "Xəmsə" quşçuluq müəssisəsi damazlıq yumurtalara olan tələbatın üçdə bir hissəsini təmin edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Yanvar 2011 15:18 (UTC +04:00)
Cari ilin ikinci yarısından etibarən Abşeron rayonunun Zığ qəsəbəsində yerləşən "Xəmsə" quşçuluq müəssisəsi illik yumurta istehsalının həcmini 25-30 milyon ədədə çatdıracaq. Bu barədə cümə günü jurnalistlərə "Xəmsə" MMC-nin direktoru Mürvət Həsənli deyib.
Azərbaycanda "Xəmsə" quşçuluq müəssisəsi damazlıq yumurtalara olan tələbatın üçdə bir hissəsini təmin edəcək

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir N.İsmayılova/

Cari ilin ikinci yarısından etibarən Abşeron rayonunun Zığ qəsəbəsində yerləşən "Xəmsə" quşçuluq müəssisəsi illik yumurta istehsalının həcmini 25-30 milyon ədədə çatdıracaq. Bu barədə cümə günü jurnalistlərə "Xəmsə" MMC-nin direktoru Mürvət Həsənli deyib.

"Müəssisədə müasir texnologiyalar əsasında istehsal prosesi səkkiz həftə bundan əvvəl başlayıb və bu müddət ərzində 500 minə yaxın damazlıq yumurta istehsal edilib", - Həsənli bildirib.

Müasir texnologiyalar əsasında damzalıq yumurtaların istehsalı üçün MMC ötən ilin aprelində Sahibkarlığa Kömək Milli Fondundan (SKMF) 1,8 milyon manat məbləğində güzəştli kredit alıb. Bu layihənin ümumi dəyəri 4,2 milyon manat qiymətləndirilir.

Müəssisə üçün müasir texnologiyalar Niderland, Türkiyə və İtaliyadan gətirilib.

Həsənlinin sözlərinə görə, bü günə müəssisəyə İngiltərədən 90 min damazlıq yumurta başlığı gətirilib. Müəssisədə istehsal olunan məhsul həm daxili tələbatın ödənilməsi, həm də xarici bazarlara ixrac üçün nəzərdə tutulub.

"Əvvəllər damazlıq yumurtalar ölkəyə Türkiyə, İran və Rusiyadan gətirilirdi və Azərbaycanda cücələrin gələcək satışı məqsədilə inkubatorlaşdırılırdı. Hazırda SKMF-nin krediti hesabına müəssisədə yumurta istehsalının üsulu qurulub, bu da daha sağlam məhsulun əldə edilməsini təmin edir", - Həsənli qeyd edib.

Onun sözlərinə görə, yerli istehsalın qurulması yumurtanın qiymətini 0,15-0,2 manat azaltmağa imkan verib. Bundan başqa, müəssisə məhsullarına zəmanət də verir. Belə ki, müəssisə nəzdində işləyən həkimlər məhsulun bütün istehsal mərhələlərində təhlükəsizliyi təmin edirlər.

Ölkənin damazalıq yumurtaya olan tələbatı 80-90 milyon ədəd təşkil edir.

Bu müəssisənin yaradılması nəticəsində 108 yeni iş yeri açılıb.

Xəbər lenti

Xəbər lenti