...

AZAL uçuşda yeni əyləncə sistemini işə salıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Yanvar 2011 12:58 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC (AZAL) aviaşirkəti 2 saatdan artıq uçuş edən biznes sinif sərnişinləri üçün çoxfunksiyalı portativ əyləncə avadanlıqlarını tətbiq etmək yolu ilə yeni əyləncə sistemini işə salıb.
AZAL uçuşda yeni əyləncə sistemini işə salıb

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

"Azərbaycan Hava Yolları" QSC (AZAL) aviaşirkəti 2 saatdan artıq uçuş edən biznes sinif sərnişinləri üçün çoxfunksiyalı portativ əyləncə avadanlıqlarını tətbiq etmək yolu ilə yeni əyləncə sistemini işə salıb. Bu barədə QSC-nin məlumatında deyilir.

Ekranının diaqanalı 17.8 sm olan, sensor idarəetmə sisteminə malik bu avadanlıqları uçuş zamanı istifadə etmək çox rahatdır. Onun vasitəsilə sərnişinlər Rusiya və Hollivud kinematoqrafının istehsalı olan filmləri, müxtəlif audio və videoçarxları izləyə, həmçinin, ayrı-ayrı oyunların və s. əyləncələrin iştirakçısı ola bilərlər.

Təyyarələrinin göyərtələrində sərnişinlərə göstərilən xidmət səviyyəsini daim yüksəldən, hava gəmilərini modernləşdirən, uçuş coğrafiyasını vaxtaşırı genişləndirən AZAL yeni innovasiyanı tətbiq etməklə öz uçuş əyləncə sisteminə yenilik gətirib və beləliklə, dünya aviasiya standartlarına doğru daha bir addım atıb.

Xəbər lenti

Xəbər lenti