...

Azərbaycanda nağd olmayan ödənişlərin inkişafının əsas stimulyatoru dövlət proqramlarıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2011 19:09 (UTC +04:00)
Azərbaycanda nağd olmayan ödənişlər bazarının inkişafının əsas stimulyatoru ölkədə həyata keçirilən dövlət proqramlarıdır. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Beynəlxalq Bankının (AMB) 100 faizlik mülkiyyətində olan "AzeriCard" Prosessinq Mərkəzinin biznesin inkişafı üzrə rəhbəri Cahangir Məmmədov deyib.
Azərbaycanda nağd olmayan ödənişlərin inkişafının əsas stimulyatoru dövlət proqramlarıdır

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda nağd olmayan ödənişlər bazarının inkişafının əsas stimulyatoru ölkədə həyata keçirilən dövlət proqramlarıdır. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Beynəlxalq Bankının (AMB) 100 faizlik mülkiyyətində olan "AzeriCard" Prosessinq Mərkəzinin biznesin inkişafı üzrə rəhbəri Cahangir Məmmədov deyib.

"Bu proqramların həyata keçirilməsi davam etsə və genişlənsə, biz bütün ticarət nöqtələrinin plastik kartlar qəbul edəcəyi barədə qərara gələrik. Mənə elə gəlir bu məsələnin yalnız zamana ehtiyacı var", - Məmmədov bildirib.

Onun sözlərinə görə, "AzeriCard" Prosessinq Mərkəzi və xidmətin göstərildiyi banklar tərəfindən plastik kartlar bazarının inkişafını stimullaşdırmaq üçün əldən gələn hər şey edilir.

"Bu gün plastik kartlardan istifadə etməklə Mobil Bank, SMS-Notification, e-commerce, Internet Banking kimi yeni xidmətlər tətbiq edilir. İndi banklar transaksiyaların emalını adi banklardan on dəfə tez edən simsiz GPRS POS-terminallar quraşdırmağa çalışırlar. Onlar simsiz olduqlarına görə rahatdır və müştərilərin əməliyyatı aparmaq üçün xəzinəyə yaxınlaşması vacib deyil", - o qeyd edib.

Məmmədovun sözlərinə görə, banklar və "AzeriCard" imkan daxilində bu sahədəki bütün müasir texnologiyaları istismara verməyə və əhaliyə təqdim etməyə hazırdırlar.

"Plastik kartlar bazarı əhalinin kifayət qədər məlumatsız olması və ticarət məntəqələrinin vergidən yayınması məqsədilə POS-terminallar vasitəsilə ödənişləri qəbul etməkdə maraqlı olmamaları səbəbindən ölkədə yavaş inkişaf edir", - o vurğulayıb.

Onun sözlərinə görə, banklar öz öhdəliklərinin hamısını yerinə yetirirlər və ticarət nöqtələrində POS-terminallar quraşdırırlar, lakin obyektlərin çoxu onlardan istifadə etmirlər.

Azərbaycanda müasir elektron ödənişlərin təkmilləşdirilməsi və inkişafı üzrə dövlət proqramı 2004-cü il dekabrın 9-da Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiqlənib. Dövlət proqramı müasir elektron ödənişlər sisteminin inkişafı ilə bağlı irimiqyaslı islahatların keçirilməsi üçün təkan olub. Proqram qəbul ediləndən bəri Azərbaycanda plastik kartlar bazarının təkmilləşdirilməsi, pensiyaların, təqaüdlərin və bəzi sosial müavinətlərin, eləcə də büdcə təşkilatlarında çalışan şəxslərə əməkhaqlarının plastik kartlar vasitəsilə verilməsində uğurlar əldə olunub.

Hazırda Azərbaycan Mərkəzi Bankı ödəniş sistemlərinin inkişafı ilə bağlı yeni strategiya hazırlayır. Onun əsas məqsədi şəraitin yaradılması və əhalinin geniş kütlələri tərəfindən elektron ödəniş alətlərindən istifadənin stimullaşdırılmasıdır. Yeni proqram çərçivəsində AMB istehlakçıların maarifləndirilməsi üzrə tədbirlər həyata keçirməyi planlaşdırır. Bu da ölkədə POS-terminallardan istifadəyə müsbət təsir göstərəcək.

Mərkəzi Bankın 2010-cu il dekabrın sonuna olan məlumatına görə, ölkədə 4231 min ədəd ödəniş kartı olub ki, bu da 2009-cu ilin sonuna olan göstəricini 6,5 faiz üstələyir.

Hazırda "AzeriCard" həm Azərbaycanda, həm də ölkədən kənarda 31 banka prosessinqlik edir. Onların 28-i beynəlxalq ödəniş sistemlərinin üzvüdür.

Azərbaycanda cəmi 45 bank fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti