...

Azərbaycanda İpoteka Fondunun istiqrazlarının üçüncü buraxılışının təxminən 22 faizi yerləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2011 17:14 (UTC +04:00)
Bazar ertəsi Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının üç milyon manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Bu barədə AİF-nin bazar ertəsi yaydığı məlumatda deyilir.
Azərbaycanda İpoteka Fondunun istiqrazlarının üçüncü buraxılışının təxminən 22 faizi yerləşdirilib

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir N.İsmayılova/

Bazar ertəsi Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının üç milyon manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Bu barədə AİF-nin bazar ertəsi yaydığı məlumatda deyilir.

Sifarişlər üç investor tərəfindən təqdim olunub. Sifarişlərin ümumi məbləği nominal üzrə 21 843 461,61 manat təşkil edib. İstiqrazların bütün həcmi tam yerləşdirlib. Sifarişlər 100,1167 faiz qiymətlə təqdim edilib.

İstiqraz vərəqələrinin ödəmə tarixi 11 dekabr 2017-ci ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Mərkəzi Bankıdır.

AİF-in istiqrazlarının emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 19 noyabr 2010-cu il tarixində qeydə alınıb.

Emissiyanın ümumi həcmi 60 milyon manat təşkil edir, bir istiqrazın nominal dəyəri min manat, istiqraz üzrə faiz dərəcəsi 3 faiz təşkil edir.

İnidəyədək AİF 55 milyon manat məbləğində təmin edilmiş ipoteka istiqrazlarını və 75 milyon manat məbləğində təmin edilməmiş istiqrazların iki emissiyasını yerləşdirib.

Yanvarın 31-nə olan rəsmi məzənnə 0,7966 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti