...

Gəncə avtomobil zavodu müxtəlif ölkələrin yük avtomobilləri istehsalçıları ilə danışıqlara başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2011 15:14 (UTC +04:00)
Azərbaycanın Gəncə avtomobil zavodu Rusiya, Ukrayna, Almaniya və uzaq xaricin digər ölkələrindən böyük yüklü avtomobil istehsalçıları ilə danışıqlara başlayıb. Bu barədə cümə günü Trend-ə müəssisənin baş direktoru Kamran Nəzərov deyib.
Gəncə avtomobil zavodu müxtəlif ölkələrin yük avtomobilləri istehsalçıları ilə danışıqlara başlayıb

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir S.Əliyev/

Azərbaycanın Gəncə avtomobil zavodu Rusiya, Ukrayna, Almaniya və uzaq xaricin digər ölkələrindən böyük yüklü avtomobil istehsalçıları ilə danışıqlara başlayıb. Bu barədə cümə günü Trend-ə müəssisənin baş direktoru Kamran Nəzərov deyib.

"Əldə etdiyimiz nəticələrlə kifayətlənmək niyyətində deyilik, buraxılan məhsulun nomenklaturasının genişləndirilməsini davam etdirəcəyik və həmçinin yeni şirkətləri Azərbaycanda işə cəlb edəcəyik", - Nəzərov deyib.

Hazırda respublika və regionda kənd təsərrüfatı əhəmiyyətli dərəcədə inkişaf edib və qeyri-neft sektorunun inkişafına böyük əhəmiyyət verilir. Gəncə avtomobil zavodu texnikaya artan tələbatı ödəmək üçün müəssisənin əməkdaşlıq etdiyi istehsalçıların sayını artırmaq imkanlarını nəzərdən keçirir.

Bundan əvvəl, Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən, Gəncə Avtomobil Zavodu "Gəncə avtomobil zavodu" İstehsalat Birliyinə çevrilib. Mülkiyyət formasının dəyişdirilməsi ilə bağlı qərar zavodun təsərrüfat fəaliyyətinin genişləndirilməsi ilə əlaqədar idarə olunmasının təkmilləşdirilməsi məqsədi ilə qəbul edilib. Mülkiyyət formasının dəyişdirilməsinə baxmayaraq, İstehsalat Birliyi dövlət müəssisəsidir və öz fəaliyyətində Azərbaycanın qanunlarını, Azərbaycan Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə təsdiq edilən nizamnaməni rəhbər tutur.

Nazirlər Kabinetinin qərarına əsasən, İB üç müəssisədən ibarət olacaq: Gəncə avtomobil zavodu (baş müəssisə), marketinq və servis müəssisəsi, xüsusi konstruktor-texnoloji bürosu.

Birliyin idarəetmə və nəzarət orqanı Müşahidə Şurasıdır. Şura sədr daxil olmaqla, 3 üzvdən ibarətdir. Şuranın sədri və üzvləri Azərbaycan Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

Hazırda İB öz istehsal gücündə "MAZ" məhsullarının müxtəlif tip asma avadanlıqlarını, o cümlədən, Almaniyanın "Haller" şirkəti ilə saziş çərçivəsində kommunal texnika yığır.

Xəbər lenti

Xəbər lenti