...

Rusiyanın iri tikinti şirkəti Azərbaycanda tərəfdaş axtarır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2011 13:54 (UTC +04:00)
Rusiyanın "Evrakor" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycanda tikinti sahəsində tərəfdaş axtarır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildirilib.
Rusiyanın iri tikinti şirkəti Azərbaycanda tərəfdaş axtarır

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir N.İsmayılova/

Rusiyanın "Evrakor" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycanda tikinti sahəsində tərəfdaş axtarır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildirilib.

Məlumata görə, şirkət ölkədə tikinti sahəsində, əsasən neft-qaz sektorunda tərəfdaş axtarır. Şirkət tikinti-təmir işləri üzrə potensial podratçı olmağa hazırdır. Maraqlanan şəxslər daha ətraflı məlumat almaq üçün (+994 12) 598 -01- 47/48 nömrəli telefon və ya [email protected] elektron poçtu vasitəsilə AZPROMO ilə əlaqə saxlaya bilərlər.

"Evrakor" QSC tikinti-quraşdırma tresti "KSTQ" QSC injinirinq şirkəti və "Avrasiya boru kəmərləri konsorsiumu" tikinti obyektlərinin komplektləşdirilməsi üzrə şirkətlə birgə "Krasnodarstroytransqaz" şirkətlər qrupuna (ŞQ) daxildir.

"Krasnodarstroytransqaz" ŞQ istehsalat, mülki və neft-qaz tikintisi sahəsində aparıcı Rusiya birliklərindən biridir. Bazarda 1998-ci ildən fəaliyyət göstərir.

Fəaliyyətinin əsas istiqamətləri tikilən obyektlərin layihələndirilməsi, tikintisi və maddi-texniki təchizatıdır.

Xəbər lenti

Xəbər lenti