...

Azərbaycanın prosessinq mərkəzi PCI DSS təhlükəsizlik standartlarının tələblərinə uyğun sertifikasiyadan keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2011 13:55 (UTC +04:00)
"MilliKart" prosessinq mərkəzi ödəniş kartları sahəsində tətbiq olunan "Payment Card Industry Data Security Standards"(PCI DSS) təhlükəsizlik standartlarının tələblərinə tam şəkildə cavab verməsi üzrə sertifikasiyanı uğurla başa çatdırıb.
Azərbaycanın prosessinq mərkəzi PCI DSS təhlükəsizlik standartlarının tələblərinə uyğun sertifikasiyadan keçib

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir N.İsmayılova/

"MilliKart" prosessinq mərkəzi ödəniş kartları sahəsində tətbiq olunan "Payment Card Industry Data Security Standards"(PCI DSS) təhlükəsizlik standartlarının tələblərinə tam şəkildə cavab verməsi üzrə sertifikasiyanı uğurla başa çatdırıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Mərkəzdən bildirilib.

Bununla "MilliKart" MMC Azərbaycan Respublikasında bu növ sertifikasiyadan keçən ilk prosessinq mərkəzi olub.

Audit yoxlamaları ödəniş kartları sahəsində təhlükəsizliyin təmin olunması üzrə ixtisaslaşmış PCI QSA statuslu şirkət tərəfindən aparılıb.

PCI DSS standartları kart məlumatlarının təhlükəsizliyinin daha yüksək səviyyədə təmin edilməsi məqsədilə hazırlanıb.

"MilliKart" MMC 2006-cı il iyulun 14-də ölkənin 18 bankı tərəfindən Azərbaycan Mərkəzi Bankının kart ödənişləri üzrə Prosessinq Mərkəsinin alınmasından sonra yaradılıb. Hazırda mərkəzin kapitalında bankların iştirakının minimum həcmi bir faiz, maksimum 10 faiz təşkil edir. "MilliKart" sistemində 12 bank fəaliyyət göstərir.

Mərkəzin təsisçiləri bunlardır: Atabank, Demirbank, AzerTurkbank, Bank of Baku, Azerbaijan Senayye Bankasi, Debutbank, Amrahbank, Xalq Bank, Credo Bank, Access Bank, ParaBank, RabitaBank, Bank Respublika, Bank Standard, Texnika Bank, Turan Bank, UniBank və Zamin Bank. "Milli Kart" MMC dörd milyon manatlıq kapitalla təsis olunub.

Martın 14-nə rəsmi məzənnə 0,7933 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti