...

Azərbaycan Beynəlxalq Bankı islam bankçılığı üzrə strukturun yaradılması üçün konsultant cəlb edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2011 18:18 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı (ABB) islam bankçılığı üzrə ixtisaslaşan yeni strukturun yaradılması məqsədilə kənar konsultant şirkətin cəlb edilməsi barədə tender elan edir.
Azərbaycan Beynəlxalq Bankı islam bankçılığı üzrə strukturun yaradılması üçün konsultant cəlb edir

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Beynəlxalq Bankı (ABB) islam bankçılığı üzrə ixtisaslaşan yeni strukturun yaradılması məqsədilə kənar konsultant şirkətin cəlb edilməsi barədə tender elan edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü bankın məlumatında deyilir.

Tenderdə iştirak etmək istəyənlər 500 manat məbləğində iştirak haqqı ödəməlidirlər. Tender təklifi Azərbaycan dilində hazırlanır. Tender təklifinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcək: mövcud qanunvericiliyə uyğun olaraq ən səmərəli tender təklifinə, yüksək keyfiyyətə, iddiaçıların reytinqinə və analoji işlər üzrə təcrübəsinə, kadr potensialına, maliyyə və texniki imkanlarına.

Tenderdə iştirak etmək istəyənlər 2011-ci ilin may ayının 2-si saat 17:00-dək Azərbaycan Beynəlxalq Bankına (Bakı şəhəri, Nizami küçəsi 67) aşağıdakı sənədləri təqdim etməlidirlər: tender prosedurunda iştirak etmək üçün yazılı müraciət; iştirak haqqının ödənilməsi barədə bank sənədi; iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; iddiaçının hüquqi statusunu təsdiq edən sənədlər: nizamnamənin, dövlət qeydiyyatı barəsində şəhadətnamənin notariusda təsdiq olunan surəti; iddiaçının vergi orqanında təsdiq olunmuş son maliyyə hesabatının surəti; Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanının arayışı; iddiaçının müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, peşəkar kadr potensialın olması, müflis elan olmaması, əmlakının üzərinə həbs qoyulmaması, fəaliyyətinin dayandırılması və ya xitam verilməsi ilə bağlı məhkəmə və digər səlahiyyətli orqanlarının qərarı olmaması barəsində məlumat.

İddiaçılar 16 may 2011-ci il saat 17:00-dək ABB-yə tender təklifi və 1 faizi həcmində bank təminatını təqdim etməlidirlər.

Zərflər 23 m ay 2011-ci il saat 11 : 00-da Azərbaycan Beynəlxalq Bankınd a açılacaq.

Əlaqəndirici şəxs Qurbanzadə Behnam Bəyzad oğlu, telefon 493-00-91 (1574), 447-71-60

Xəbər lenti

Xəbər lenti