...

Azərbaycanın Tovuz rayonunun sahibkarlarına 400 min manatdan çox güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2011 19:49 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə Tovuz və ətraf rayonlarda fəaliyyət göstərən 31 sahibkarlıq subyektinə 402 min manat güzəştli kredit verilib.
Azərbaycanın Tovuz rayonunun sahibkarlarına 400 min manatdan çox güzəştli kredit verilib

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir N.İsmayılova/

Cümə günü İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə Tovuz və ətraf rayonlarda fəaliyyət göstərən 31 sahibkarlıq subyektinə 402 min manat güzəştli kredit verilib. Bu barədə cümə günü nazirliyin məlumatında deyilir.

Məlumatda deyilir ki, bu kreditlər hesabına 62 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Tədbir Tovuz rayonunda Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 300-dək sahibkarın iştirakı ilə keçirilib.

Tədbir çərçivəsində iştirakçılar "Premyer" MMC-nin Tovuz rayonundakı tutumu 1,5 min ton olan müasir soyuducu anbar kompleksində aparılan tikinti işləri ilə tanış olublar.

Tədbirdə Tovuz rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan intensiv üzüm bağlarının salınması, tingçilik təsərrüfatlarının, məhsuldar toxumluq kartof istehsalı təsərrüfatının yaradılması, məhsuldar toxumlardan istifadə etməklə kartof istehsalının təşkili və müasir texnologiyaya əsaslanan həcmli istixana komplekslərinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

2011-ci ildə DSMF 29,3 milyon manat həcmində 384 kredit verib. Kreditlər yeni texnologiyaların tətbiqinə əsaslanan 24,9 milyon manat məbləğində 27 iri layihənin və 4,4 milyon manat məbləğində 357 kiçik layihənin həyata keçirilməsinə yönəlib.

Aprelin 15-nə olan rəsmi məzənnə 0,7927 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti