...

İƏT ölkələri Bakıda statistik göstəricilərin hesablanması sisteminin vahid metodologiyaya salınması imkanlarını müzakirə edirlər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2011 16:06 (UTC +04:00)
Cümə axşamı Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin iqtisadi tədqiqatlar və statistika üzrə milli əlaqələndiricilərinin VIII iclası öz işinə başlayıb. Trend-in məlumatına görə, iclas çərçivəsində bu ölkələrdə statistik göstəricilərin hesablanması sisteminin vahid metodologiyaya salınması imkanları müzakirə olunur.
İƏT ölkələri Bakıda statistik göstəricilərin hesablanması sisteminin vahid metodologiyaya salınması imkanlarını müzakirə edirlər (FOTO)

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir N.İsmayılova/

Cümə axşamı Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin iqtisadi tədqiqatlar və statistika üzrə milli əlaqələndiricilərinin VIII iclası öz işinə başlayıb. Trend-in məlumatına görə, iclas çərçivəsində bu ölkələrdə statistik göstəricilərin hesablanması sisteminin vahid metodologiyaya salınması imkanları müzakirə olunur.

"İƏT üzvləri öz ölkələrinin sosial-iqtisadi inkişafı haqqında birgə nəşrlər hazırlayırlar və biz iclaslarda bunlarla bağlı məsələləri müzakirə edirik. Hər bir dövlət göstəricilərin hazırlanmasında öz metodlarını tətbiq etdiyindən bu göstəriciləri müqayisə etmək imkanlarının aşkara çıxması üçün vahid metodologiyanın hazırlanması vacibdir", - iclasın gedişində Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bildirib.

Onun sözlərinə görə, metodologiyaların beynəlxalq standartlara uyğunlaşdırılması vacibdir.

"Hazırda İƏT-ə daxil olan dövlətlərin sosial-iqtisadi inkişafı üzrə toplunun hazırlanır. Bu iş artıq çoxdan başlansa da, hələlik nəticə yoxdur. Azərbaycan bütün dövlətlərin öz məlumatlarını təqdim etmələrindən sonra bu materialların toplusunun dərc olunmasını təklif edib", - Vəliyev deyib.

Bakıdakı görüşdə Pakistan, Əfqanıstan, Türkiyə, Tacikistan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və İranın statistika orqanlarının nümayəndələri iştirak edir.

Bu, təşkilatın Bakıda keçirilən ikinci belə görüşüdür. İlk iclas 2002-ci ildə keçirilib.

Təşkilata üzv ölkələrin statistik məlumatlarının yerləşdirilməsi üçün ECOstat veb-səhifəsi yaradılıb. Bununla yanaşı, İƏT katibliyi ilə milli əlaqələndiricilər arasında lazımi məlumatların mübadiləsi və yenilənməsi üçün məlumatların ötürülməsi sistemində daim fəaliyyətdə olan kanalların yaradılması məsələsi öz aktuallığını saxlayır.

İƏT 1985-ci ildə yaradılıb. Təşkilat 1993-cü ildə BMT-də, bir il sonra isə İslam Konfransı Təşkilatında müşahidəçi statusu alıb.

Xəbər lenti

Xəbər lenti