...

Azərbaycan və Gürcüstan nəqliyyat sektorunda əməkdaşlığı genişləndirmək niyyətindədirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2011 19:35 (UTC +04:00)
Azərbaycan və Gürcüstan arasında dəmiryol və avtomobil nəqliyyatı sahəsində münasibətlərin inkişafı zəruridir.
Azərbaycan və Gürcüstan nəqliyyat sektorunda əməkdaşlığı genişləndirmək niyyətindədirlər

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Azərbaycan və Gürcüstan arasında dəmiryol və avtomobil nəqliyyatı sahəsində münasibətlərin inkişafı zəruridir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycanın nəqliyyyat nazir Ziya Məmmədov Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri xanım Vera Kobaliyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib.

"Kobaliya iki ölkə arasında, xüsusilə də dəmiryol və avtomobil yolları sahəsində əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edib"", - Azərbaycan Nəqliyyat Nazirliyinin məlumatında deyilir.

Görüş zamanı Azərbaycan və Gürcüstan arasındakı əlaqələrin inkişafı, tranzit yüklərin daşınma potensialı, Bakı-Tbilisi-Qars yeni dəmiryolunun tikintisi işlərinin gedişi və digər məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti