...

Ay ərzində Bakının mərkəzində vaxt etalonu quraşdırılacaq - Standartlaşdırma üzrə Dövlət Komitəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2011 18:39 (UTC +04:00)
Ay ərzində Bakının mərkəzində vaxt etalonu quraşdırılacaq. Trend-in məlumatına görə, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəhbəri Ramiz Həsənov deyib.
Ay ərzində Bakının mərkəzində vaxt etalonu quraşdırılacaq - Standartlaşdırma üzrə Dövlət Komitəsi

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir A.Axundov/

Ay ərzində Bakının mərkəzində vaxt etalonu quraşdırılacaq. Trend-in məlumatına görə, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəhbəri Ramiz Həsənov deyib.

"Vaxt etalonu bulvarda quraşdırıla bilər", - Həsənov bildirib.

Onun sözlərinə görə, vaxt etalonu İngiltərənin "Mikron" şirkətindən alınıb, etalonun istehsalçısı isə ABŞ-ın "Fluke" şirkətidir.

"Onun çatdırılmasına və quraşdırılmasına bir ay vaxt lazım olacaq", - Həsənov vurğulayıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Dövlət ilkin vaxt və tezlik etalonunu təsdiq edib.

Etalon kompleksinə ABŞ istehsalı olan GPS qəbuledici sinxronizatoru, vaxt və tezlik etalonu (Fluke910R) və taymer-sayğac-analizator (Fluke6690) daxildir.

Vaxt və tezlik etalonunun əsas prinsipi "sezium" elementinin parçalanması zamanı yaranan ən dəqiq qəbul olunmuş tezliyi süni peykdən GPS antenna ilə qəbul edib vaxt və tezlik etalonu vasitəsilə sinxronlaşdırmaq və respublikada olan ən dəqiq vaxtı bütün telekommunikasiya sistemlərinə ötürməkdir.

Etalon rabitə, nəqliyyat, istehsal, tibb və s. sahələrdə, elmi-tədqiqat işlərində tətbiq ediləcək. Bundan başqa, vaxtaşırı yoxlanılması vacib olan tezlik ölçü avadanlıqlarının (tezlikölçənlərin, yüksək tezlik generatorlarının, vaxtla bağlı bütün işçi etalonların və s.) kalibrlənməsi də vaxt və tezlik etalonu vasitəsilə həyata keçiriləcək.

Həsənovun sözlərinə görə, 2011-ci ildə "Turizm ili" çərçivəsində turizmin bütün sahələrində beynəlxalq standartların tətbiqinə başlanılacaq.

Dövlət Komitəsi sədrinin sözlərinə görə, bunadan başqa, yaxın günlərdə regionlarda yanacaqdoldurma məntəqələrində monitorinqlərə başlanacaq.

"Müxtəlif markalı benzinin qarışdılması halları müşahidə edilir ki, bununla əlaqədar olaraq monitorinqlərə başlanacaq", - Həsənov qeyd edib.

Xəbər lenti

Xəbər lenti