...

Azərbaycanın sığorta bazarında rəqabət kəskin şəkildə artıb - bazar iştirakçısı

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2011 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir A.Axundov/

Hazırda Azərbaycanın sığorta şirkətləri öz peşəkarlıqlarının və rəqabət qabiliyyətlərinin artırılması mərhələsindədir. Bu barədə Trend-ə müsahibəsində "Qarant Sığorta" şirkətinin idarə heyətinin sədri Vaqif Həsənov deyib.

"Ötən il biz bilirdik ki, ciddi rəqabət yoxdur və bu baxımdan hər hansı tenderdə iştirak edəndə özümüzü tam sərbəst hiss edirdik. İndi isə tamamilə başqa vəziyyət müşahidə olunur. Vacib deyil ki, bu şirkətlər TOP-10-a və ya TOP-15-ə daxil olsunlar. Renkinqdə 20-ci yerdən aşağıda olan şirkətlər də özlərini doğruldur. Bu, onların hansı tariflə çıxış etmələri, hansı ödənişlər təqdim etmələri ilə hiss edilir", - Həsənov bildirib.

Onun sözlərinə görə, ölkə daxilində qanunla yalnız dövlət sığorta şirkətinin həyata keçirə biləcəyi sığortanın icbari növləri ilə məşğul olan "Azərsığorta" dövlət sığorta şirkəti ilə rəqabət aparan yoxdur.

"Ümumilikdə bazar kifayət qədər boşdur. Öz-özlüyündə bazar sığortanın hər bir insanın həyatının ayrılmaz hissəsi olmasına hazır olarsa, tam asan işləmək və özünü rahat hiss etmək olar. Təəssüf ki, hələ ki bu anlayış yoxdur", - Həsənov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın sığorta bazarını qərb bazarları ilə müqayisə etsək, onların Azərbaycan şirkətlərinin təqdim etdiklərindən fərqli bir şey təklif etmədiklərini görərik.

"Onlarda müştəri artıq "yetişib", biz isə müştərilərin diqqətinə sığorta polislərini almaq anlayışını çatdırmalıyıq. Və burada problem ondan ibarətdir ki, insanların sadəcə olaraq sığorta haqqında anlayışları yoxdur. Buna görə də biz qərb şirkətləri ilə müqayisədə daha rəqabət qabiliyyətliyik. Lakin ümumilikdə nə bizim sığorta polislərimiz, nə də bizim sığorta anlayışımız onların malik olduqlarından heç nə ilə fərqlənmir. Biz də həmin tələb, ödəniş və risklərlə onların işlədikləri kimi işləyirik", - Həsənov vurğulayıb.

Azərbaycanda 28 sığorta şirkəti və 1 təkrar sığorta şirkəti fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti