...

Azərbaycanın iri bankı payızda islam bankçılığı üzrə yeni strukturun təqdimatını keçirməyi planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2011 14:24 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının (ABB) islam bankçılığı çərçivəsində xidmətlərin göstərilməsi üzrə ixtisaslaşdırılmış strukturunun yaradılmasına dair tenderdə yeddi şirkət iştirak etmək imkanı qazanıb. Trend-in məlumatına görə, bu barədə ABB-nin çərşənbə günü yaydığı məlumatda deyilir.
Azərbaycanın iri bankı payızda islam bankçılığı üzrə yeni strukturun təqdimatını keçirməyi planlaşdırır

Azərbaycan, Bakı, 18 may /Trend/

Azərbaycan Beynəlxalq Bankının (ABB) islam bankçılığı çərçivəsində xidmətlərin göstərilməsi üzrə ixtisaslaşdırılmış strukturunun yaradılmasına dair tenderdə yeddi şirkət iştirak etmək imkanı qazanıb. Trend-in məlumatına görə, bu barədə ABB-nin çərşənbə günü yaydığı məlumatda deyilir.

"Mayın 12-də tenderdə iştirak üçün sənədlərin qəbulu başa çatıb.Tərəfimizdən səkkiz sənəd paketi alınıb, lakin final hissəyə yalnız yeddi şirkət buraxılıb, çünki iştirakçı şirkətlərdən biri tenderin şərtlərini tam yerinə yetirə bilməyib", - ABB islam bankçılığının tətbiqi üzrə işçi qrupunun rəhbəri Bəhram Qurbanzadə bildirib.

2011-ci il iyunun 6-da ABB-nin baş ofisində tender təkliflərinin açılışı keçiriləcək və komissiya təkliflərin qiymətləndirilməsi işinə başlayacaq.

Tenderin yekunlarının elan edilməsindən sonrakı beş iş günü ərzində bank xidmətlərin göstərilməsi üzrə məsləhətçi ilə müqavilə imzalayacaq. Həftə ərzində bankın işçi qrupu ilə məsləhətçinin birgə işi başlayacaq.

"Biz layihənin birinci mərhələsini yayda tamamlamağı və 2011-ci ilin payızında islam bankçılığı və xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşdırılmış strukturun təqdimatını keçirməyi planlaşdırırıq", - Qurbanzadə deyib.

Xəbər lenti

Xəbər lenti