Azərbaycan, Bakı, 19 may /Trend/
Beynəlxalq Dəniz Təşkilatının (IMO) baş katibi Eftimios Mitropoulos təşkilatın sessiyasının 89-cu iclasının açılışı zamanı Azərbaycanın nümayəndə heyətini və bütün Azərbaycan xalqını "Eurovision" mahnı müsabiqəsində qələbə münasibətilə təbrik edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının yaydığı məlumatda deyilir.
Qurumun 168 üzvü adından çıxış edən Mitropoulos qeyd edib ki, müsabiqədə qələbə Azərbaycanın iqtisadi, sosial və mədəni inkişafının bəhrəsidir.