...

"Kapital Bank" "Beşi birində" kampaniyasının ilk qaliblərinin adlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2011 14:55 (UTC +04:00)
"Kapital Bank"ın 15 aprel tarixindən start verdiyi "Beşi birində" kampaniyasının ilk qalibləri müəyyənləşib. Trend-in məlumatına görə, bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.
"Kapital Bank" "Beşi birində" kampaniyasının ilk qaliblərinin adlarını açıqlayıb

Azərbaycan, Bakı, 20 may /Trend/

"Kapital Bank"ın 15 aprel tarixindən start verdiyi "Beşi birində" kampaniyasının ilk qalibləri müəyyənləşib. Trend-in məlumatına görə, bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.

Məlumata əsasən, bunlar Qurbanov Mirkamal Məmmədağa oğlu və Axundov İlham Əhmədağa oğludur.

Kampaniyanın şərtlərinə görə, 2011-сi ilin 15 aprel - 15 may tarixinədək "Kapital Bank"ın "İnternet-banking" xidməti vasitəsilə ümumi məbləği 200 manatdan az olmamaq şərti ilə 5 ödəniş etmiş bu şəxslərin hər birinə xidmət haqqı tutulmadan 2 illik VISA ELECTRON ödəniş kartı hədiyyə edildi.

Bu fürsətdən "Kapital Bank"ın bütün müştəriləri faydalana bilər. "Beşi birində" kampaniyası iyunun 15 kimi davam edəcək.

Xəbər lenti

Xəbər lenti