...

Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Mərkəzi-Avrasiya Bankları Federasiyasının rəhbəri vəzifəsinə təyin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2011 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Banklar Assosiasiyasının rəhbəri (ABA) Eldar İsmayılov mayın 27-də Bakıda keçirilən banklar federasiyasının ilk təsis toplantısında Mərkəzi-Avrasiya Bankları Federasiyasının rəhbəri vəzifəsinə təyin edilib.

Trend-in məlumatına görə, federasiyanın vitse-prezidentləri postuna Türkiyə Banklar Assosiasiyasının rəhbəri Hüseyn Aydın və Ukrayna Banklar Assosiasiyasının rəhbəri Aleksandr Suqonyak seçiliblər.

Federasiyanın Rəyasət Heyəti iki il müddətinə seçilib. Auditor komitəsinin rəhbəri vəzifəsinə Qırğızıstan Banklar İttifaqının rəhbəri Ənvər Abdrayev təyin edilib. Federasiyanın icraçı katibi Yunus Abdulov seçilib.

İclas çərçivəsində üzvlük haqqının məbləği il ərzində 1000 dollar həcmində təsdiqlənib. Bir ildən sonar məbləğə yenidən baxılacaq.

Azərbaycanın Ədliyyə Nazirliyi Mərkəzi-Avrasiya Bankları Federasiyasını 2010-cu ilin avqustunda qeydiyyata alıb. Federasiyanını təsisçiləri Azərbaycan, Gürcüstan, Qırğızıstan və Ukrayna banklar assosiasiyalarıdır. Türkiyə və Tacikistanın banklar assosiasiyaları da federasiyanın üzvləridir.

Mərkəzi-Avrasiya Bankları Federasiyasının mənzil-qərargahı Bakıda yerləşir. Federasiyaya Mərkəzi Avropa və Asiya ölkələrinin banklar assosiasiyaları daxildir. Onlar bank və pul-kredit siyasətini birgə işləyib hazırlayacaqlar.

Xəbər lenti

Xəbər lenti