...

Azərbaycan bankı "Paşa Bank" lizinq şirkətinə anderrayter və marketmeyker xidmətləri göstərib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2011 18:01 (UTC +04:00)
Azərbaycan bankı "Paşa Bank" "Unileasing" şirkətinə onun istiqrazlarının yerləşdirilməsində anderrayter və marketmeyker xidmətləri göstərib.
Azərbaycan bankı "Paşa Bank" lizinq şirkətinə anderrayter və marketmeyker xidmətləri göstərib

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir N.İsmayılova/

Azərbaycan bankı "Paşa Bank" "Unileasing" şirkətinə onun istiqrazlarının yerləşdirilməsində anderrayter və marketmeyker xidmətləri göstərib. Bu, 31 may 2011-ci il tarixində baş tutub. Trend-in məlumatına görə, bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

"Paşa Bank" Bakı Fond Birjasında (BFB) "UniCapital" şirkəti vasitəsilə emissiyaların yerləşdirilməsinin anderrayteri kimi çıxış edib.

"PaşaBank" bu emissiyanın marketmeykeri olaraq BFB-də alış-satış qiymətlərini gündəlik olaraq təyin edəcək və istiqrazların təkrar bazardakı likvidliyinin artırılmasını təmin edəcək.

İstiqrazların qiymətləri bazarda olan investorların tələbatı, emitentin maliyyə vəziyyəti və bazardakı makroiqtisadi göstəricilərdən asılı olacaq.

"Paşa Bank" 2007-ci ilin iyununda yaradılıb və Azərbaycan Mərkəzi Bankının 28 yanvar 2007-ci il tarixli lisenziyası əsasında fəaliyyət göstərir. Bankın nizamnamə kapitalı 123,475 milyon manatdır.

İyunun 6-na olan rəsmi məzənnə 0,7891 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti