...

Gürcüstanın yeni maliyyə naziri təyin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2011 17:44 (UTC +04:00)
Dmitri Qvindadze Gürcüstanın yeni maliyyə naziri təyin edilib.
Gürcüstanın yeni maliyyə naziri təyin edilib

Gürcüstan, Tbilisi, 17 iyun /Trend, müxbir N.Kirsxaliya/

Dmitri Qvindadze Gürcüstanın yeni maliyyə naziri təyin edilib. Trend-in məlumatına görə, bu barədə keçmiş nazir Kaxa Bainduraşviliyə bu vəzifədə işinə görə təşəkkür edərək istefasını qəbul edən Gürcüstanın Baş naziri Nika Qilauri Dövlət Dəftərxanasında keçirilən xüsusi brifinqdə bildirib.

Bainduraşvilinin sözlərinə görə, o özü istefaya getmək barədə xahiş edib. Belə ki, "Gürcüstan Poçtu" MMC-nin Müşahidə Şurasının sədri vəzifəsini tutmaq niyyətindədir.

"Biz Bainduraşviliyə bu vəzifədə gördüyü işə görə minnətdarıq və onu uğurlu hesab edirik", - Baş nazir qeyd edib.

"Yeni maliyyə naziri bazar ertəsindən etibarən işə başlayacaq", - Qilauri qeyd edib.

Onun sözlərinə görə, Qvindadze maliyyə nazirinin müavini olub və xarici iqtisadi fəaliyyətlə bağlı məsələləri kurasiya edib.

"O özünü yaxşı maliyyəçi kimi göstərib. Məhz bu səbəbdən onun vəzifədə irəli çəkilməsi barədə qərar qəbul edilib", - Baş nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti