...

DəmirBank yeni "Şəmkir" şöbəsini istifadəyə verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2011 15:09 (UTC +04:00)
DəmirBank xidmət şəbəkəsinin genişləndirilməsi məqsədi ilə yeni "Şəmkir" şöbəsini müştərilərin istifadəsinə verib.
DəmirBank yeni "Şəmkir" şöbəsini istifadəyə verib

Azərbaycan, Bakı, 12 iyul /Trend/

DəmirBank xidmət şəbəkəsinin genişləndirilməsi məqsədi ilə yeni "Şəmkir" şöbəsini müştərilərin istifadəsinə verib.

Bankdan Trend-ə verilən məlumata görə, Şəmkir şəhəri, Nizami küçəsi 69a ünvanında yerləşən "Şəmkir" şöbəsi fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri göstərir.

"Şəmkir şəhərində yeni şöbənin açılışı bizim üçün, eləcə də müştərilərimiz və bölgənin əhalisi üçün əlamətdar hadisədir. Keyfiyyətli bank xidmətinin göstərilməsi üçün şöbədə zəruri şərait yaradılıb. Şöbə müştərilərə hesablaşma-kassa, əmanətlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair xidmətlər göstərir", - İdarə Heyəti sədrinin müavini Yusif Cabbarov bildirib.

Yeni şöbənin açılması ilə DəmirBank-ın xidmət şəbəkəsi 31 filial və şöbədən ibarətdir. Onlardan 13-ü Bakıda, 18-i isə müxtəlif regionlarda - Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşir.

Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Niderland İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Xəbər lenti

Xəbər lenti