Gürcüstan, Tbilisi, 1 avqust /Trend, müxbir N.Kirsxaliya/
Msxeta rayonunda (Tbilisinin 20 kilometrliyində) vaqonların relsdən çıxması səbəbindən qismən dayandırılan dəmiryolu magistralı üzrə hərəkət hər iki istiqamətdə bərpa olunub. Bu barədə bazar ertəsi Trend-ə Tbilisi Fövqəladə Hallar Departamentindən məlumat verilib.
"Qatarların hamısı gecikmə ilə Tbilisindən qərb istiqamətdə yola düşüblər və Qərbi Gürcüstandan gəliblər", - departamentdən deyilib.
Bu gün qatarların hərəkət qrafiki bərpa ediləcək.
Relsdən 12 vaqonun çıxması ilə nəticələnən qəzanın səbəbi vaqonlardan birinin nasaz vəziyyətdə olması olub. Bu barədə jurnalistlərə "Gürcüstan Dəmir Yolları" MMC-nin rəhbəri İrakli Ezuqbaya deyib.
Vaqonların relsdən çıxması zamanı iki sisterndən neft sızıb.
Xilasedicilər neftin yanmasının qarşısını ala biliblər.
Gürcüstanın dəmiryolunda qəza şənbə günü axşam baş verib.