...

Azərbaycanda sənaye məhsullarının qiyməti iyul ərzində 1,4 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2011 19:29 (UTC +04:00)
İyul ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 1,4 faiz bahalaşıb.
Azərbaycanda sənaye məhsullarının qiyməti iyul ərzində 1,4 faiz artıb

Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir N.İsmayılova/

İyul ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 1,4 faiz bahalaşıb. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin bazar ertəsi yaydığı məlumatda deyilir.

Ay ərzində mədən sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 1,9 faiz, daş, qum, çınqıl, duz və digər mədən sənayesi məhsullarının hasilatı üzrə 1,0 faiz bahalaşıb.

İyul ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 99,3 faiz təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri mebel istehsalı üzrə 2,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,9 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,6 faiz, zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı üzrə 0,3 faiz, içki istehsalı üzrə 0,2 faiz, poliqrafiya fəaliyyəti üzrə 0,1 faiz bahalaşıb.

Ötən ay ərzində kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 11,4 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 5,7 faiz, tütün məmulatlarının istehsalı üzrə 4,2 faiz, kimya sənayesi üzrə 3,8 faiz, metallurgiya sənayesi üzrə 3,5 faiz, toxuculuq sənayesi və maşın və avadanlıqların istehsalı üzrə 1,5 faiz, qida məhsullarının istehsalı üzrə 1,3 faiz, geyim istehsalı üzrə 1,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,6 faiz, tikinti məmulatlarının istehsalı üzrə 0,2 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatların istehsalı üzrə qiymətlər 0,1 faiz ucuzlaşıb.

Xəbər lenti

Xəbər lenti