...

Parabank-ın foto-müsabiqəsi başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2011 14:59 (UTC +04:00)
Parabank sentyabr ayının 1-dən başlayaraq yeni "Uşaqlarımız - Xoşbəxtliyimiz!" adlı foto-müsabiqəyə start verib. Bu barədə Trend-ə bankın mətbuat xidmətindən bildirilib.
Parabank-ın foto-müsabiqəsi başlayıb

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

Parabank sentyabr ayının 1-dən başlayaraq yeni "Uşaqlarımız - Xoşbəxtliyimiz!" adlı foto-müsabiqəyə start verib. Bu barədə Trend-ə bankın mətbuat xidmətindən bildirilib. Müsabiqə üçün səsvermə sentyabr ayının 26-a kimi davam edəcək.

Müsabiqənin şərtləri çox asandır: uşağınızın şıltaqlığını, dəcəlliyini, şirinliyini və digər maraqlı məqamlarını əks etdirən bir fotoşəkili bizə göndərin və müsabiqəyə qoşulun (müsabiqədə 6 yaşa qədər uşaqların şəkilləri iştirak edə bilər). Müsabiqədə iştirak edən şəkillər Parabankın Facebook səhifəsində yerləşdirilmişdir. Qalib qələn şəkillər toplanmış "Like"işarələrin sayına əsasən müəyyənləşdiriləcək.

Qalib gələn fotoşəkildəki uşağına adın aşağıda qeyd olunan məbləğlərdə əmanət açılacaq:

1-ci yer - 2000 Azn

2-ci yer - 1000 Azn

3-cü yer - 500 Azn

Məlumatda bildirilib ki, şəkillərin qəbulu sentyabr ayının 5-ə kimi davam edəcək. Şəkillər müəllifin adını/soyadını, əlaqə telefonlarını və uşağın adını qeyd edilməklə[email protected] və ya [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Əlavə şərtlər:

-müsabiqədə iştirak etmək üçün hər bir istifadəçi ilk növbədə facebook-da daimi səhifəyə malik olmalıdır

-müsabiqəyə yalnız hər bir iştirakçı müəllif tərəfindən çəkilən real şəkillər buraxılacaq. İnternet və ya digər resurslardan əldə edilən fotoşəkillər müsabiqəyə buraxılmayacaq.

Mükafatlandırma və yeniliklər haqqında ətraflı məlumatı Parabankın Facebookda fəaliyyət göstərən Parabank ASC adlı səhifəsindən əldə edə bilərsiniz. Səhifəni həmçinin bu link vasitəsilə tapa bilərsiniz http://www.facebook.com/Parabank?ref=ts&__user=1437548955

Sentyabr ayının 2-ə olan rəsmi məzənnə 0,7866 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti